Estoniya XİN rəhbəri Ukraynadadır

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Ukraynadadır.

"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

"Ukraynaya ona görə gəlmişəm ki, bir millətin soyuqda və qaranlıqda, daimi həyat təhlükəsi altında, itkilərlə üzləşərkən, hava həyəcanı siqnalları daim təhlükənin nə qədər yaxın olduğunu xatırlatarkən necə yaşamağa davam etdiyinin şahidi olum. Bu mübarizə yalnız Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil, o, Avropanın təhlükəsizliyinə də toxunur", - Marqus Tsahkna yazıb.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk da Kiyevdə səfərdədir.

Digər xəbərlər