Ərdoğan Gerhard Şröderlə görüşüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfər etmiş Almaniyanın keçmiş kansleri Gerhard Şröderi qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Məlumatda bildirilir ki, görüş Türkiyə prezidentinin İstanbuldakı Tarabya sarayında baş tutub. Lakin görüş mətbuata qapalı olduğundan Türkiyə dövlət başçısının Almaniyanın keçmiş dövlət rəsmisi ilə hansı məsələləri müzakirə etdiyti məlum deyil.

Xəbərdə bildirilir ki, görüş 1 saat çəkib.

Digər xəbərlər

Tramp İranı hədələyib 26 iyul, 2026 / 03:34