Livan Prezidenti Cozef Aun çərçivə sazişi üzrə danışıqları başa çatdırmaq üçün Vaşinqtona səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Livanın "Ən-Nəhar" qəzeti məlumat yayıb.
"Livan Prezidenti "Cozef Aun" cari ayın (iyulun) sonunadək Ağ Evə səfər etməyə və ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu görüş İsrailin Baş naziri Benyamin Netanyahu və Tramp arasında planlaşdırılan görüşdən sonra baş tutacaq: "Aun ilə Netanyahu arasında görüşün keçirilməsi planlaşdırılmır".
Daha əvvəl C. Aun ABŞ administrasiyasını İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını sürətləndirmək üçün Təl-Əvivə təzyiq göstərməyə çağırıb.