​Ekvadorda zəlzələdən sonra artıq 525 nəfərin meyiti aşkar edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Ekvadorda güclü zəlzələdən sonra artıq 525 nəfərin meyiti aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bunadək 507 nəfərin öldüyü bildirilirdi.

Aprelin 16-sı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə yeraltı təkanlar baş verib.

Digər xəbərlər