Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "The Khaama Press" agentliyi məlumat yayıb.

Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.

İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.

Hadisə ilə bağlı istintaq aparılır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12