Əfqanıstanın şimal-şərqində 5 bal gücündə zəlzələ olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində 5 bal gücündə zəlzələ olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan əyalətində Aşkaşam qəsəbəsindən 13 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 90,7 km dərinliyində olub.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Digər xəbərlər