Kanada hakimiyyəti ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunlarına dair bəyanatında bildirilib.
"ABŞ-yə neft və dizel yanacağının ixracını maksimum dərəcədə artırmağa çalışmaqda davam edəcəyik. Dizel yanacağının gündəlik ixracı 1 milyon bareli əhəmiyyətli dərəcədə üstələyir", - deyə məlumatda qeyd olunub.