Əfqanıstanda "Taliban"a məxsus avtomobil partlayıb, yaralananlar var

Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban"a məxsus avtomobilin yanında qumbara partlayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət hələlik hadisə ilə bağlı şərh verməyib.

Digər xəbərlər

Rusiyada nazir saxlanılıb 18 fevral, 2026 / 10:21