Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Əfqanıstanın xüsusi xidmət orqanları dəhşətli terror hücumunun qarşısını alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Əfqanıstanın Milli Təhlükəsizlik Baş İdarəsi paytaxt Kabilin 8-ci rayonunda yük yerində iki ton partlayıcı maddə olan yük maşını saxlandığını bildirib.

Məlumatlara görə, terrorçular partlayıcı maddələri Pərvan vilayətinə göndərməyi planlaşdırırmış.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28