​Əfqanıstanda ABŞ-a məxsus pilotsuz uçan aparat qəzaya uğrayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Əfqanıstanın cənubunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat qəzaya uğrayıb.

"Report" ABC-yə istinadən xəbər verir ki, hadisə Qəndəhardakı aviabazada baş verib.

Amerika hərbçiləri aparatın heç kim tərəfindən vurulmadığını bildiriblər. Hazırda onun qəzaya uğramasının səbəbləri araşdırılır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09