Donetsk vilayətinin hərbi rəhbəri: Buranı heç vaxt tərk etməyəcəyik

Ukraynanın Donetsk vilayətinin hərbi rəhbəri, general Vadim Flaşkin ukraynalıların Donetsk vilayətini tərk etməyəcəklərini bildirib.

"Report"un Şərqi Avropa bürosuna danışan general ölkənin digər yerlərinə dislokasiya olunacaqları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Nə mən, nə də müavinlərim Donetsk vilayətini heç vaxt tərk etməyəcəyik, daim burada olacağıq", - o deyib.

V.Fkaşkinin sözlərinə görə, yalnız qadınlar və bəzi bölmələr, hüquqi təminat, kadr təminatı bölmələri digər şəhərlərdədir:

"Bu çətin vaxtda insanlarımıza kömək etmək üçün bütün əsas bölmələr vilayətdədirlər. Biz burada birik".

Digər xəbərlər