Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb - YENİLƏNİB

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki yaşayış məntəqələrinə hücumu nəticəsində yerin altında qalan 148 mədənçinin hamısı xilas edilib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

"Bütün mədənçilər səthə çıxarılıb. Hazırda onların həyatılarına və sağlamlıqlarına təhlükə yoxdur," - məlumatda deyilir.

Bundan əlavə, Rusiya zərbəsindən sonra şaxtaların birində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.

15:35

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki 5 yaşayış məntəqəsini atəşə tutması nəticəsində 148 nəfər kömür şaxtasında qalıb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, atəş nəticəsində yerli şaxtalardan bir hissəsi elektrik enerjisindən məhrum olub, nəticədə mədənçilər oradan çıxa bilmirlər.

Yerli sakinlərin sözlərinə görə, Dobropolye, Belozerskoye, Annovka, İverskoye və Svyatoqorovka atəşə tutulub.

Digər xəbərlər