Donald Tramp: "Şimali Koreyanın lideri ilə iyunun 12-də də görüşə bilərik”

Bakı. 25 may. REPORT.AZ/ “Şimali Koreyanın lideri Kim Çen Inla iyunun 12-də görüşə bilərik”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 25-də jurnalistlərə bildirib.

“Nələr olacağını görəcəksiniz. Hazırda onu müzakirə edirik. Görüşü reallaşdırmaq istəyirik. Bu iyunun 12-də də ola bilər”, - o vurğulayıb.

Qeyd edək ki, D.Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Inla görüşü təxirə saldığını bildirmişdi.  

Xatırladaq ki, onların görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi planlaşdırılmışdı.

Digər xəbərlər