Donald Tramp andiçmə mərasimində sadə insanları görmək istədiyini bildirib

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimində ulduzları, məşhurları yox, sadə insanları görmək istəyir.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Məşhurlar, ulduzlar andiçmə mərasiminə bilet istəyirlər. Amma baxın, görün onlar Hillari Klinton üçün nə ediblər? Heç nə! Mən sadə insanları görmək istəyirəm", - D.Tramp yazıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09