Donald Tramp afrikalı miqrantları çirkabdan çıxanlar adlandırıb

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrantları çirkabdan çıxanlar adlandırıb.

“Report” xəbər verir ki, onun sözlərini CBS-yə istinadən RT sitat gətirib.

KİV-in məlumatına görə, Tramp Amerikanın Afrika ölkələri və Haitidən gələn miqrantları qəbul etməsindən şikayətlənərək, o yerləri “dəlik” adlandırıb. Bununla yanaşı, prezident Norveç kimi ölkələrdən daha çox miqrant qəbul etmək təklifini verib.

Xəbər lenti