DİN başçısı: "Bu il Fransada 12 terror aktının qarşısı alınıb"

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Fransanın hüquq-mühafizə orqanları 2017-ci ildə ölkədə 12 terror aktının qarşısını almağa müvəffəq olublar".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Jerar Kolon bildirib. 

"Bu ilin əvvəlindən Fransada 12 terror aktının qarşısı alınıb. Özü də terrorçuların məqsədləri müxtəlif olub. Onlar tanınmış siyasətçilərə qarşı sui-qəsdlərin törədilməsindən tutmuş prezident seçkiləri zamanı seçki məntəqəsinə hücuma qədər müxtəlif planlar hazırlamışdılar", - deyə J.Kolon vurğulayıb.

Nazir qeyd edib ki, polis potensial təhlükə daşıdığından elektron bazaya daxil edilən 18,4 min insanı izləyir.

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37