BMT ABŞ-nin dünya təşkilatına ayırdığı vəsaiti düzgün xərcləmir.
"Report" xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Breitbart News"a müsahibəsində deyib.
"Vəsaitlər düzgün xərclənirmi? Hal-hazırda, mən yox deyərdim, çünki onlar əvvəlcə ayrılmış işləri yerinə yetirmək əvəzinə, bütün bu "siyasi" layihələrə xərclənirlər", - deyə o qeyd edib.
Diplomat əlavə edib ki, ümumdünya təşkilatı öz fəaliyyətinin əsaslarına, yəni müharibələrə son qoymağa və qarşısını almağa, eyni zamanda sülhü qorumağa qayıtmalıdır.