Çin və ABŞ arasında ticarət dövriyyəsi yanvar-noyabr aylarında illik müqayisədə 17,5% azalaraq 514,66 milyard dollara çatıb.
"Report"un xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Dərc edilmiş məlumatlara görə, Çin 11 ay ərzində ABŞ-yə 385,9 milyard dollar dəyərində mal ixrac edib (azalma 18,9%).
Amerikanın Çinə ixracının dəyəri 13,2% azalaraq 128,76 milyard dollar təşkil edib.
Nəticədə Çinin ticarət profisiti 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 21,3% azalaraq 257,14 milyard dollara çatıb.