Çində zəncirvarı yol qəzası olub, 18 nəfər ölüb, 21 nəfər yaralanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Çinin şərqində yerləşən Anhui əyalətində zəncirvari yol qəzası baş verib. 

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralılardan 11-nin vəziyyəti ağırdır. Qəzaya duman səbəbindən görüntünün pis olması səbəb kimi göstərilib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi xidmətin həkim heyəti cəlb olunub. 

Digər xəbərlər