Çində universitetdə partlayış baş verib, ölənlər və yaralananlar var

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sina" informasiya mənbəyi məlumat yayıb.

Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.

Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.

Digər xəbərlər