Çində partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 24 noyabr. REPORT.AZ/ Çində partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Sina" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqində, Dunfen rayonu ərazisində baş verib. Mexaniki avadanlıq istehsal edən şirkətdə qeydə alınan partlayış nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, hadisə yerində təcili xidmətlərin əməkdaşları çalışır.

Partlayışın səbəbi hələ məlum deyil.

Digər xəbərlər