Bakı. 5 iyun. REPORT.AZ/ Çinin Bışi əyalətində dəmir filizi mədənlərindən birinin tikinti meydanında dinamitin partlaması nəticəsində 11 fəhlə ölüb, 9-u yaralanıb, 25-i isə uçqun altında qalıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Qəza nəticəsində yaralanan 9 fəhlə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Partlayışın dinamitlərin maşınla quyuların girişinə daşınarkən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.