Çində helikopter qəzası olub, ölənlər var

Çinin şərqindəki Cianqsi əyalətində mülki helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, təlim uçuşu əsnasında helikopter idarəetməni itirərək su hövzəsinə düşüb.

Nəticədə pilot və təlimçi dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ronaldu Trampa zəng edib 07 dekabr, 2025 / 00:46