Çində Qansu vilayətində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Dinsi şəhərindən 71 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.