Çin XİN Baydenə cavab verib: "Bu, açıq təxribatdır"

“ABŞ Prezidenti Cozef Baydenin sözləri məsuliyyətsizlikdir, diplomatik etiketə ziddir və açıq təxribatdır”.

“Report” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

O bildirib ki, rəsmi Pekin C.Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpin haqqında dediyi “diktator” ifadəsinə qəti etiraz edir.

Xatırladaq ki, C.Bayden Çin liderini diktator adlandırıb.

Xəbər lenti

Endrik "Real"ı tərk edə bilər 26 iyul, 2025 / 07:55