Çin Xalq Respublikasının Sədri Si Cinpin oktyabrın 30-da Pusanda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Çin və ABŞ arasında razılaşmaya əsasən oktyabrın 30-da Pusan şəhərində Çin Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Görüşdə tərəflər Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar", - məlumatda bildirilib.