Çin gəmisi Yaponiyada qəzaya uğrayıb, 3 nəfər itkin düşüb

Yaponiyanın Okinava prefekturasının sahillərində gəminin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, hazırda 7 nəfər gəminin yaxınlığında üzmə gödəkçələri ilə suda üzürlər.

Yaponiyanın müvafiq qurumları hadisə yerinə gəmi və xilasedicilər göndərib.

Qəzaya uğrayan gəminin Çində qeydiyyata alındığı bildirilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12