Bakı. 11 yanvar. REPORT.AZ/ Almaniyada naməlum şəxslər əvvəllər "Charlie Hebdo" jurnalının karikaturalarını dərc edən "Hamburger Morgenpost" qəzetinin redaksiyasını yandırıblar.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Nəşrin saytında bildirilir ki, hücum bazar günü təqribən gecə saat 2 radələrində olub. İnsident nəticəsində xəsarət alan olmayıb. Polis redaksiya yaxınlığında iki şübhəli gənci saxlayıb. Hazırda araşdırma aparılır.