Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb

Çexiyadakı 170 hava stansiyasından 39-u 16 avqustda temperatur rekordlarını qeydə alıb.

"Report" CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Bazar günü ən isti temperatur ölkənin şərq bölgələrində - Moraviya və Sileziyada qeydə alınıb. Hodonin şəhəri yaxınlığında temperatur 37,6 dərəcəyə yüksəlib.

Meteoroloqların məlumatına görə, bu yay Çexiyada rekord səviyyədə istilərdən biri olacaq.

Hakimiyyət orqanları həmçinin ölkənin 88 %-ni əhatə edən quraqlığın genişlənməsindən narahatdırlar. Quraqlıqla mübarizə aparmaq üçün hökumət yaxın gələcəkdə 4 milyard kron (təxminən 190 milyon ABŞ dolları) ayıracaq.

Qeyd edək ki, 17 avqustda hökumət Baş nazir və nazirlərin məzuniyyətdən qayıtmasından sonra ilk iclasında quraqlıq vəziyyətini müzakirə edəcək.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09