Çexiya Prezidenti xəstəxanaya yerləşdirilib

Çexiya Prezidenti Miloş Zemanın səhhəti pisləşib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, parlament seçkilərindən sonra prezident Praqadakı Mərkəzi Hərbi Xəstəxanaya yerləşdirilib.

Dövlət başçısı oraya reanimasiyaya ehtiyacı olan xəstələr üçün nəzərdə tutulmuş təcili tibbi yardım maşını ilə gətirilib.

Digər xəbərlər