Cənubi Koreyada yataqxana yanıb, ölən və yaralananlar var

Bakı. 9 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seul şəhərində yataqxanada yanğın baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın üçmərtəbəli binanın yuxarı mərtəbəsindən başlayıb. 

Nəticədə 7 nəfər ölüb, 11 nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər