Cənubi Afrikada koronavirusa yoluxanların sayı 2 dəfə artıb

Cənubi Afrikada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı iki dəfə artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutunun portalında dərc edilmiş hesabatda deyilir.

Ötən sutka ərzində COVID-19-a yeni yoluxanların sayı bir gün əvvəlki (4 373 nəfər - Red) ilə müqayisədə 8 561 nəfər təşkil edib.

Noyabrın 29-da isə bu rəqəm 2 273 olub. Xəstələrin sayında ən böyük artım Qautenq əyalətində müşahidə olunur (6 168 nəfər - Red).

"Omikron" ştamı Cənubi Afrikanın 9 əyalətindən 5-ində aşkar edilib. Aparılan genetik testlərin 74%-də yeni ştam tapılıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43