Cənubi Afrikada avtoqəzada 11 məktəbli ölüb

Cənubi Afrikanın Fanderbeylpak sənaye şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən azı 11 məktəbli həlak olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika KİV-i məlumat yayıb.

Daha beş şagird ağır xəsarət alıb və tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədir.

Digər xəbərlər