Britaniya Rusiyanın dörd neft şirkətinə qarşı sanksiyalar tətbiq edib

Rusiyaya qarşı sanksiya siyahısını yeniləyən Böyük Britaniya bu ölkənin bir sıra neft-qaz şirkətlərini də ora daxil edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Britaniya hökumətinin sənədinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Tatneft", "Russneft", "NNK-Oil" və "Rusneftegaz" şirkətləri sanksiyalara məruz qalıb.

Bundan əlavə, sanksiya siyahısına "Redwood Global Supply" və "Tejarinaft" treydinq şirkətləri də daxil edilib.

Digər xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53