“NATO ölkələri Ukraynaya döyüş təyyarələri verə bilər”.
“Report” “Sky news”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O bildirib ki, MİQ-29-ların Ukraynaya tədarükü ilə bağlı danışıqlar gedir:
“Beləliklə, Alyans müharibədə iştirak etməyəcək. Lakin NATO üzvü olan ölkələr Hərbi Hava Qüvvələrinin avadanlıqlarını və ya MiQ-29-ları Ukraynaya verə bilər”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.