Braziliyada koronavirusa yoluxanların sayı 1,5 milyona çatır

Braziliyada son 24 saat ərzində 48 mindən çox şəxsin COVID-19 testi müsbət çıxıb, infeksiya daşıyıcısı olan 1 252 xəstə vəfat edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə 1 496 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 852 816 nəfər müalicə olunaraq sağalıb.

Bildirilib ki, müalicə alan 61 884 nəfər vəfat edib.

Digər xəbərlər