Braziliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Braziliyada helikopter qəzası baş verib.

"Report" "Agencia de Brasil"ə istinadən xəbər verir ki, hadisə San Paulu şəhərindən 60 kilometr məsafədə, Sau-Lourens şəhərində, yerli vaxtla saat 16:30-da alınıb.

Helikopter yerə düşdükdən sonra yanmağa başlayıb. Qəza zamanı pilot, kişi və 2 qadın da daxil olmaqla 4 nəfər həlak olub. 

Ölkənin hərbi polisinin məlumatına görə, qəzada həlak olmuş qadınlardan biri hamilə imiş. Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12