Braziliya tarixində ilk dəfə Qış Olimpiadasında qızıl medal əldə edib

Braziliyalı dağ xizəkçisi Lukas Pinyeyro Broten ölkə tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, Broten nəhəng slalomda ən yaxşı nəticəni göstərib. 25 yaşlı idmançı 2023-cü ilə qədər Norveç millisini təmsil edib, lakin sonra əslən Braziliyadan olduğu üçün vətəndaşlığını dəyişib.

Qeyd edək ki, Olimpiada fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina-d'Ampesso şəhərlərində keçirilir.

Digər xəbərlər