Bakı. 2 noyabr. REPORT.AZ/ “Sony” şirkətinin Böyük Britaniyanın paytaxtı London şəhərindəki ofisinə girən nəməlum şəxs iki nəfərə bıçaqla xəsarət yetirib.
“Report” “Sky News”a istinadən xəbər verir ki, hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.
London polisi faktla bağlı bir nəfəri saxlayıb. Hadisənin terrorla əlaqəsinin olmadığı bildirilir.