Bolqarıstanın cənub sahillərində Burqas şəhəri yaxınlığında baş verən yol qəzasında 6 qeyri-qanuni mühacir həlak olub.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Qeyd olunub ki, sərhəd polisi Kiten şəhərindən qeyri-qanuni mühacirləri daşıyan avtomobili təqribən 40 km təqib edib, lakin onlar Burqasa keçə biliblər.
Qeyri-qanuni immiqrantlar maneəni aşmağa çalışsalar da, onların avtomobili aşıb və gölə düşüb.
Qəzada 6 nəfər hadisə yerində ölüb, yaralanan 3 nəfər xəstəxanaya çatdırılıb, Rumıniya vətəndaşı olan sürücü isə xəsarət almayıb və hazırda polis nəzarətindədir.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.