Boliviyada təyyarə qəzası nəticəsində 6 nəfər həlak oldu - FOTO

Boliviyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Pagina Siete” qəzeti bildirib.

Qeyd edilir ki, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhərinə doğru uçurmuş. Hadisə zamanı təyyarədə altı nəfər - İspaniyadan iki pilot və dörd sərnişin olub. 

Boliviyanın Müdafiə Nazirliyi özünün “facebook” səhifəsində bildirib ki, nazir Luis Fernando Lopes vəzifələrinin icrası zamanı həlak olan pilotların ailələrinə başsağlığı verib. 

Digər xəbərlər