BMT-nin baş katibi Burkino-Fasoda törədilmiş terror aktını pisləyib

Bakı. 17 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Burkino-Fasonun paytaxtı Uaqaduquda törədilmiş terror aktını pisləyib, həlak olanların ailələrinə başsağlığı verib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Baş katib Burkino-Faso hakimiyyətini cinayəti törədənləri tezliklə tapmağa və onları cəzalandırmağa çağırıb.

Son məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 29-a çatıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12