​BMT: "Hələb yaxınlığında 35 min nəfər döyüşlər səbəbindən öz evini tərk edib"

Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriyada gedən döyüşlər səbəbindən Hələb şəhəri ətrafında yaşayan 35 min nəfər son bir neçə gün ərzində öz evini tərk edib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.

"Reuters" HMƏİ nümayəndəsinə istinadən xəbər verir ki, Hələbin cənub-qərbində yerləşən Hader və Zerbeh sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12