Qırğızıstanın paytaxtı Bişkekdə bazarda yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
İlkin məlumatlara görə, yanğının sahəsi təxminən 500 kvadrat metr ərazini əhatə edib. Yanğın ticarət kompleksində olan konteynerlərindən birində baş verib. Xəsarət alanlar barəsində məlumat verilməyib.
Yanğının səbəbləri və maddi ziyanın dəyəri dəqiqləşdirilir.
Hadisə yerinə yanğının söndürülməsi üçün operativ qruplar göndərilib.