Qırğızıstanda özəl təhsil müəssisələrinin birində 80-dən çox insan qidadan zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə Bişkekin Dövlət Sanitariya-Epidemioloji Nəzarət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
"Özəl məktəbdə tələbələr və müəllimlər arasında kütləvi qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Dəqiqləşdirilmiş məlumatlara görə, ümumilikdə 84 nəfər zəhərlənib, onlardan 4-ü müəllimdir. İlkin diaqnoz dəqiqləşdirilməmiş etiologiyalı bakterial zəhərlənmədir", - məlumatda deyilir.
Hadisə oktyabrın 31-də baş verib. Müəllim və tələbələrin şaurmadan zəhərləndiyi bildirilir.
Hazırda epidemioloji araşdırma davam edir.