Birləşmiş Ərəb Əmirlikləri Suriyada terrorçulara qarşı hava zərbələrini dayandırıb

Bakı. 5 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri İordaniyalı pilotun "İslam Dövləti" (İD) qruplaşmasının üzvləri tərəfindən diri-diri yandırılmasının ardından Suriyada İD-yə qarşı hava zərbələri kampaniyasından çıxıb. "Report" xəbər verir ki, buna səbəb kimi əsir düşən pilotların xilasına dair heç bir taktiki proqramın mövcud olmaması göstərilir.

Beləliklə, Birləşmiş Ərəb Əmirlikləri hərbi pilotların təhlükəsizliyini təmin etmək istəyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri İranın İD-ə qarşı kampaniyada geniş iştirakına imkan yaradılmasından da narazıdır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12