Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəfat edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano vəfat edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Daha əvvəl "Reuters" AEBA baş direktorunun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu məlumat vermişdi.

72 yaşlı yapon diplomat AEBA-ya 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək AEBA baş direktoru vəzifəsini icra edirdi.

Artıq AEBA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib. 

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20