Berlinin Veddinq rayonunda avtomobil bir qrup insana çırpılıb.
Bu barədə "Report" BILD-ə istinadən məlumat verir.
Məlumata görə, zərərçəkənlər arasında çoxlu uşaq var.
"Bir tərbiyəçi ciddi xəsarət alıb, bir neçə uşaq isə yüngül xəsarət alıb", - agentlik bildirir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.