​BƏƏ-nin Yəməndəki səfirliyi husilər tərəfindən ələ keçirilib

Bakı. 18 Avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki səfirliyi "Ənsar Allah" hərəkatının tərəfdarları olan husilər tərəfindən ələ keçirilib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən WAM agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, BƏƏ bu addımı qəti şəkildə pisləyir. İnsidentin hər hansı bir təfərrüatı haqqında məlumat verilmir.

BƏƏ-nin səfirliyi Yəmənin paytaxtı Sənada yerləşir.

Digər xəbərlər