​BƏƏ-də ölkənin hərbi təyyarəsi qəzaya uğrayıb

Bakı. 15 may. REPORT.AZ/ BƏƏ-nin Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə bazar günü ölkə ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində pilot və göyərtədə olan təlimatçı həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır. Hava gəmisinin tipi və insidentin digər təfərrüatları açıqlanmır.

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51